11 Avqust, 2014
Uorlik Rusiyanı hədələdi

“Rusiyanın artıq öz sərhədləri daxilində böyük problemləri var və o, yeni toqquşmaları qızışdırmalı deyil”.

Simsar.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Simsar.az-ın məlumatına görə, erməni mətbuatı bunu ABŞ-ın Rusiyaya xəbərdarlığı kimi şərh edib. “Amerikalı diplomat Moskvaya işarə vurur ki o, Qarabağda vəziyyəti gərginləşdirməyə çalışarsa, yeni problemlərlə üzləşəcək və onları həll edə bilməyəcək. Ukraynanı əlində saxlamaq üçün Qafqaza od vuran Moskva hər ikisini itirəcək”, - deyə erməni şərhçi Akop Badalyan bildirib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!