11 Avqust, 2014
Bərzanidən Ruhaniyə TƏŞƏKKÜR

İraq Kürd Regional Rəhbərliyinin (İKRR) başçısı Məsur Bərzani İran prezidenti Həsən Ruhaniyə təşəkkür məktubu göndərib. O, İraq və Kürd xalqına verdiyi dəstək üçün İran prezidentinə təşəkkür edib.

Simsar.az xəbər verir ki, İKRR nazirliyindən verilən açıqlamaya görə Bərzani məktubunda, ”Şəxsim və İraq Kürdüstan bölgəsi xalqı adından yardımlarınız və dəstəkləriniz üçün təşəkkür edirəm. Sizlər yardımlarınız və verdiyiniz dəstəklə İran İslam Respublikasının keçmişdə olduğu kimi indi də Kürdüstan xalqının dostu, müttəfiqi olduğunu göstərdiniz. Bu, gerçəkdən çox önəmli və xoşbəxtlik verici bir məsələdir”, deyə yazıb.

“Dostcasına münasibətlər, qarşılıqlı yardım və dəstəyə doğru atılan addımlar Kürd bölgəsi və İran arasında qardaşlıq bağlarının güclənməsini təmin edir”, - yazan Bərzani, bu vəziyyətin iki xalq arasında tarixi münasibətləri və qardaşlıq bağlarını daha da irəli apardığını qeyd edib.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!