9 Avqust, 2014
Təmsilçimiz Danimarkada qalib oldu

Danimarkada CSİ-1* kateqoriyalı “Riders Cup” beynəlxalq turnirinə start verilib. Simsar.az xəbər verir ki, yarışın ilk günündə çaparlar 140 sm-lik maneələrə qarşı mübarizə aparıblar.

Turnirdə “Carvin” ləqəbi atla çıxış edən milli komandamızın üzvü Andre Şröder bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanıb. İkinci pilləni “Adam L” ləqəbli atla yerli idmançı Martin Neergaard tutub. “Rolex” ləqəbli atla İsveçli Sofia Kroon üçüncü olub.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!