9 Avqust, 2014
Yaralı əsgərlər Türkiyəyə aparıldı - FOTOLAR

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılıb.

TRT-nın Bakı Nümayəndəliyindən Simsar.az-a daxil olan məlumata görə, yaralı əsgərlər bu gün saat 14.40-da Türkiyəyə yola salınıb.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!