9 Avqust, 2014
“Neftçi”yə ŞAD XƏBƏR

“Partizan”ın baş məşqçisi istefaya göndərilə bilər

Avropa Liqasının pley-off mərhələsində “Neftçi”nin rəqibi olan Serbiyanın “Partizan” klubunda baş məşqçi dəyişikliyi ola bilər. Simsar.az Apasport.az-a istinadən  xəbər verir ki, komandanın baş məşqçisi Marko Nikoliçin istefaya göndərilmək ehtimalı var.

Buna səbəb isə serbiyalıların Çempionlar Liqasında Bolqarıstanın “Ludoqorest” klubuna məğlub olaraq, mübarizəni dayandırmasıdı. Ona görə də özünə inamı azaldan çalışdırıcı vəzifəsindən gedə bilər. Onun yerinə artıq namizədlər də var.

Qeyd edək ki, “Partizan” və “Neftçi” arasında ilk görüş avqustun 21-də Serbiyada, ikinci qarşılaşma isə avqustun 28-də Bakıda baş tutacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!