9 Avqust, 2014
Novruz Məmmədovun Soçi MESAJI

“Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər”

Simsar.az xəbər vereir ki, bunu Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, sabah Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq: “Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcək. Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaq”.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gedib. Ermənistan prezidenti Serj Sarkisyan isə avqustun7-də Soçiyə yola düşüb.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!