9 Avqust, 2014
İllərə meydan oxuyan 97 yaşlı aktyor

Bir vaxtların əfsanəyə çevirilmiş aktyoru 97 yaşlı Kirk Duqlas şou jurnalının Los Ancelesdə keçirilən təqdimat mərasimində görüntülənib. Simsar.az xəbər verir ki, illərə meydan oxuyan Duqlas hələ də xarizmasını qoruyub saxladığını sübut edib. Avtomobilindən endikdən sonra əsadan istifadə edən sənətkar, rahat geyimi ilə də diqqət çəkib. “Spartaküs” filmi ilə dünya kinosuna adını qızıl hərflərlə yazdıran məşhur aktyor, yaşına rəğmən uzun illər kamera qarşısına keçən əhəmiyyətli sənətkarlar arasındadır.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!