9 Avqust, 2014
Hamı bu VİDEO-dan danışır

Bu ananın videosu internetdə rekord vurur. Simsar.az-ın məlumatına görə, Krisilla Anderson adlı ananın idman etmək üçün stimulu hamının üzünü güldürüb.

Onun körpə uşağı ilə birlikdə idman edərkən çəkdiyi görüntünün internettə paylaşım sayı təccüb yaradıb. Gənc qadın idmanın hər bir hərəkətini edərkən uşağını qucağından buraxmır. Körpə balasını heç kimin yanında qoyub idman zalına gedə bilməyən Krisilla ev şəraitində həm özü idman edir, həm də əylənir.

Qadın press hərəkətləri edərkən övladını qarnının üstünə qoyub hər dəfə qalxanda anasının hərəkətlərinə gülən uşağı öpür.

Sosial medianın sevimlisinə çevrilən ana və balanın videosunu sizə təqdim edirik.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!