9 Avqust, 2014
Rabia Qədiri: “Uyğurlara sahib çıxan ancaq Türkiyə hökumətidir”

“Başqa heç bir hökümətin etmədiyini baş nazir Rəcəb Tayyib Ərdoğanın hökuməti etdi. Türkiyə tarixində Uyğur türklərinə bu qədər sahib çıxan başqa hökumət yoxdur. Əgər biri çıxıb “Baş nazir Rəcəb Tayyib Ərdoğan uyğurlara kömək etmədi” desə, mən onun qarşısına çıxaram”.

Simsar.az-ın verdiyi xəbərə görə bu sözləri Dünya Uyğur Konqresinin Sədri Rabia Qədir deyib. Rəcəb Tayyib Ərdoğanın Şərqi Türküstanda baş verənlərə dünyada soyqırım deyə bilən ilk dövlət adamı olduğunu bildirən Rabia Qədir, sözügedən hökumətin uyğurlara ən çox sahib çıxan Türk hökuməti olduğunu dönə-dönə vurğulayıb və Ərdoğana minnətdarlığını bildirib.

Çinin Şərqi Türküstanda soyqırım törətdiyini illərdir bütün dünyaya duyurmağa çalışdıqlarını deyən Rabia Qədiri dünyanın bu mövzuda hələ də səssizliyini qoruduğunu üzülərək diqqətə çatdırıb.

“Həm Ərdoğan, həm də İhsanoğlu bizim üçün çox yaxşı insanlardır. Hər ikisi də Şərqi Türküstan problemini öz problemləri kimi görür. Mən heç bir şəkildə prezident seçkilərinə qarışmıram. Kim gəlirsə gəlsin, başımız üstündə yeri var. Amma əlbəttə hörmətli Ərdoğan qalib gələrsə daha çox sevinərik. Biz Şərqi Türküstan olaraq prezidentliyə namizədlərin hər birinə, partiyalara eyni hörməti duyuruq. Ancaq ürəyimiz Ərdoğandadır. “Bütün uyğurlar ona dua edir”.

Şərqi Türküstandakı gərgin vəziyyətə toxunan Rabia Qədiri Çinin yeritdiyi vəhşi siyasətin və törətdikləri qətliamın nəticəsində bəzi şəhərlərdə artıq Uyğur türklərinin qalmadığını diqqətə çatdırıb. Uyğur türklərinin hərəkatının Çinin irəli sürdüyü kimi “terror xarakterli” olmadığını deyən Qədiri bu sözlərlə dünyaya səslənib:

“Suriyada, İraqda, Ukraynada insanların hökümətə qarşı hərəkatını dünya terror adlandırmır. Uyğurlar sadəcə olaraq Çinin ağır silahlarına qarşı özlərini müdafiə edir. Ona görə də, bizi terrorist kimi günahladırmalarını qəbul etmirik və bizi bunda günahlandıranları ayıblayırıq”.

Dünya Uyğur Konqresinin sədri Rabiə Qədir Birləşmiş Millətlər Təşkilatının Şərqi Türküstanda yaşananlar haqqında azad araşdırma aparılması üçün Çinə təzyiq gösərməli olduğunu bildirib. O, insan haqlarının təminatçısı olduqlarını deyən ABŞ və Avropa Birliyinin də bu mövzuda Çinə təzyiq göstərməsini istəyib.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!