1 Aprel, 2011
Obama Qəddafidən qorxdu?

ABŞ Liviyadakı əməliyyatları dayandırır 

Simsar.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyi bəyan edib. 

Pentaqonun bu bəyanatı Konqresdə birmənalı qarşılanmayıb. Bəzi konqresmenlər müdafiə naziri Robert Qeyts və Baş Qərargah rəisi Mayk Mullenin davranışını qəribə, həyəcanlı və əsəbi adlandırıblar. Robert Qeyts isə bildirib ki, digər NATO ölkələri müstəqil şəkildə aviazərbələrin endirilməsini bacarmalıdırlar, ABŞ onlara yalnız dəstək verəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!