8 Avqust, 2014
Latviyanın müdafiə naziri Dövlət Bayrağı Meydanında olub

Latviyanın müdafiə naziri Dövlət Bayrağı Meydanında olub.

Simsar.az məlumatına görə, Azərbaycanda səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti avqustun 8-də Dövlət Bayrağı Meydanında olub.

Latviyalı qonaqlara dünyada ən hündür bayraq dirəklərindən birinin yerləşdiyi Dövlət Bayrağı Meydanı haqqında məlumat verilib. Meydanı gəzən nümayəndə heyətinin üzvləri, həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə meydanda yaradılmış Dövlət Bayrağı Muzeyi və oradakı nadir eksponatlarla tanış olublar.

Sonda latviyalı nazirə xatirə hədiyyəsi təqdim edilib.

Dövlət Bayrağı Meydanı ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!