8 Avqust, 2014
Con Kerri Əhməd Davudoğluya zəng etdi

ABŞ İŞİD-in İraqdakı mövqelərini bombalamazdan əvvəl Türkiyəni məlumatlandırıb.

Simsar.az-ın məlumatına görə, ABŞ-ın dövlət katibi Con Kerri bilavasitə rəsmi Ankaranı məlumatlandıraraq İŞİD-in mövqelərini bombardman edəcəyini bildirib.

Telefonla Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə danışan Kerri İraqdakı vəziyyəti də müzakirə edib. Məlumata görə, Əhməd Davudoğluya zəng edən zaman Türkiyə höküməti təhlükəsiz şurasının iclasını keçirirmiş.

Qeyd edək ki, İŞİD-in mövqeləri bombalanan zaman NATO İncirlik bazasında hərbi təyyarələrin fərqli bir hərəkəti müşahidə olunmayıb.

 

Bu arada məlum olub ki, ABŞ İŞİD-in mövqelərinə "eşşək arısı" deyilən F/A-18 təyyarələri ilə zərbələr endirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!