8 Avqust, 2014
İsrail Qəzzada 60 məscidi dağıdıb

İsrailin Qəzzaya 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda 60 məscidin tamamilə dağıdıldığı, 150-in isə zərər gördüyü bildirilir. Qəzzadakı Fələstin hökuməti Din İşləri və Vəqflər Nazirliyindən edilən şərhdə, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 60 məscidin tamamilə yıxıldığı, 150 məscidin isə zərər gördüyü deyilib.

Movqe.Az xəbər verir ki, İsrail, 7 iyul bazar ertəsi günü "Qoruyucu xətt" adıyla Qəzzaya istiqamətlənmiş hava və dənizdən hücumlar başlatmış, 17 iyul cümə axşamı günü də qurudan hücuma keçmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!