8 Avqust, 2014
Azərbaycan diplomatı etimadnaməsini təqdim etdi – FOTO

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəmzi Teymurov etimadnaməsini Koreya Respublikasının Prezidenti xanım Park Qın-hyeyə təqdim edib.

XİN Mətbuat xidmətindən Simsar.az-a verilən məlumata vgörə təqdimetmə mərasimindən sonra keçirilmiş görüşdə Səfir R.Teymurov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını xanım Park Qın-hyeyə çatdırıb, öz növbəsində Koreya Respublikasının Prezidenti onun salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə R.Teymurov Azərbaycanın Koreya Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, Asiya regionunda Koreyanın Azərbaycan üçün mühüm tərəfdaş olduğunu bildirib və Azərbaycanın ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafında maraqlı olduğunu Koreya Prezidentinin diqqətinə çatdırıb.

Öz növbəsində, Koreya Prezidenti xanım Park Qın-hye ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, son dövrlərdə Azərbaycanda həyata keçirilən layihələrdə Koreya şirkətlərinin fəal iştirakını nəzərə çatdırmış və qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə həmçinin, iqtisadi və siyasi sahələrdə perspektiv əməkdaşlıq imkanlarına dair bir sıra məsələlər müzakirə olunub.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!