1 Aprel, 2011
İki ölkənin futbol komandasına cəza

FİFA və UEFA sərt qərar qəbul etdi

Bosniya və Herseqovina Futbol Federasiyası (FFBH/NSBiH) FİFA və UEFA üzvlüyündən məhrum edilib. 

Simsar.az-ın məlumatına görə, bu barədə FİFA-nın mətbuat xidməti açıqlama yayıb. 

Avropa və dünya futbol qurumlarının rəhbərliyi Bosniya və Herseqovinadan aprelin 1-dək federasiyaya bir prezident təyin etmək tələbini irəli sürsə də, hazırda FFBH/NSBiH-ə 3 prezident rəhbərlik edir. Onlar ölkənin müxtəlif millətləri – serb, bosniyalı və xorvatların maraqlarını təmsil edirlər. İndi yerli klublar və ölkə yığması beynəlxalq yarışlarda çıxış etmək hüququna malik deyillər. Lakin FİFA və UEFA yaranmış situasiyanı FFBH/NSBiH-lə birgə müzakirə etməyə hazırdır. Ali qurumlar Bosniya və Herseqovinanın mümkün qədər tez futbola qayıtmasını arzulayıblar.

Qeyd edək ki, sanksiya müddətsizdir və problem həll olunduqdan sonra veriləcək yeni sərəncamadək qüvvədə qalacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!