1 Aprel, 2011
«BMW»dən 1 aprel zarafatı

Almaniyanın avtomobil nəhəngi «BMW» «M3» kabrioletinin bazasında hazırlanmış pikapın rəsmi fotolarını yayıb

Simsar.az  Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 1 aprel zarafatı kimi hazırlanmış bu avtomobil mətbuat üçün təşkil olunacaq xüsusi mərasimdə digər modellərlə birgə təqdim ediləcək.
Pikapın sərnişin üçün olan hissəsinin üzəri açılıb-bağlanır. Onun hansı mühərriklə təchiz olunduğu hələ ki açıqlanmır.
Bu avtomobilin seriya istehsalı nəzərdə tutulmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!