7 Avqust, 2014
Uorlikdən açıqlama

ATƏT-in Minsk qrupu Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirmək təşəbbüsünü alqışlayır.

Simsar.az-ın məlumatına görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.

O bildirib: "Biz Putinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirmək təşəbbüsünü alqışlayırıq. Biz tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq".

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü avqustun 8-9-da Soçidə baş tutacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!