7 Avqust, 2014
Kral şoka düşdü – FOTOLAR

İsveçin Vastmanland bölgəsində bir həftədir meşə yanğınları davam edir. Nəhayət, yanğın kontrol altına alınıb. Tətilini yarımçıq kəsərək hadisə yerinə gələn İsveç kralı Karl 16-cı Qustav qarşılaşdığı mənzərə qarşısında, “gözlərimə inana bilmirəm. Bu tək kəlməylə faciədir”, - deyərək şoka düşüb.

Paytaxt Stokholumun 150 km-dəki Vastmanlandda 31 iyuldan bəri başlayan və minlərlə hektar meşəlik ərazini külə döndərən yanğını söndürmə işləri davam edir.

Yanğının nəzarətə alındığını deyən səlahiyyətlilər, helikopter və təyarələrlə yanaşı, yüzlərlə yanğınsödürənin yanğına müdaxiləsinin davam etdiyini açıqlayıblar.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!