7 Avqust, 2014
Ölülərini küçəyə atırlar – EBOLA VİRUSU

Afrikada 900 nəfərin ölümünə səbəb olan Ebola virusu sürətlə yayılmağa davam edir. Virusdan qorxan afrikalılar artıq ölən yaxınlarının cəsədlərini küçələrə atırlar.

Simsar.az xəbər verir ki, Ebola üzündən Liviyada küçələr dəhşətli görüntülərə səhnə olur. Son hadisədə, vurus qurbanı olan bir gəncin ailəsi, onun cəsədini virus özlərinə keçməsin deyə küçəyə atıblar. Küçənin ortasındakı cəsədə kimsə reaksiya vermir, yanından heç nə olmayıbmış kimi keçib gedirlər.

Dövlət xalqa müraciət edərək, ölən yaxınlarının cəsədlərini küçəyə atmamalarını istəyib. Bildirilib ki, meyitlər evlərdən aidiyyatı orqanlar tərəfindən toplanacaq.

Hazırda Ebola virusundan ölənlərin cəsədləri, virusun yayılmaması üçün şəhər kənarında yandırılır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!