7 Avqust, 2014
İŞİD-in uşaq gəlinləri – FOTO

İraqda ələ keçirdiyi bölgələrdə şəriət qanunları elan edən, demək olar ki, hər gün bir edam xəbəri ilə gündəmə gələn İŞİD bu dəfə fərqli bir şey edib. Simsar.az xəbər verir ki,  İŞİD üzvləri bu dəfə azyaşlı qız uşaqları ilə evlənmələrini görüntüləyərək gündəmə gəlib. Fadel El Hadidi adlı sosial şəbəkə istifadəçisi paylaşdığı şəkillə beynəlxalq aləmin gündəməinə düşüb.

Sosial şəbəkədə yayılan şəkildə kiçik bir qız uşağı İŞİD militanıyla yan-yana durub ağlayır. Görüntünün Ərəb Əl-Həyat televiziyası tərəfindən çəkildiyi bildirilir.

Bir iddiaya görə uşaq gəlin Mosuldandır. Digər bir iddiaya görə isə Suriyadakı azlıqlar arasından alınaraq müsəlman edilən kiçik qız, şəkildəki İŞİD militanı ilə evləndirilib.

Bəzi iddialara görə isə, bu, sadəcə  “Quran” yarışından çəkilən görüntülərdir.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!