7 Avqust, 2014
Sumqayıt sakini özünü dənizə atdı

Sumqayıtda bir nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə edilən müraciət əsasında hadisə yerinə gedilib və batmaq təhlükəsində olan həmin şəxs xilas edilib. Məlumatda bildirilir ki, intihara cəhd edən Sumqayıt sakini aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təhvil verilib.

Əməliyyat saat 14:30-da başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!