Düşmənin təlimləri intensivləşib
Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan ərazilərində hərbi təlimlərə başlayıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün saat 12-dən etibarən düşmənin nəzarət etdiyi ərazilərdə, əsasən də Şahbulaq dağı istiqamətində güclü partlayış səsləri eşidilməyə başlayıb. Düşmən təlimlərdə ağır artilleriyadan və zirehli texnikadan istifadə edir.
Xatırladaq ki, artıq 10 ilə yaxındır, erməni hərbiçiləri müxtəlif fasilələrlə sözügedən istiqamətdə ildə 6-9 dəfə irimiqyaslı, yaxud bir neçə hərbi birləşmənin iştirakı ilə hərbi təlimlər keçirir.