7 Avqust, 2014
AFFA rəhbərliyi “Çixura” – “Neftçi” oyununda

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Tiflis şəhərindəki “Mixail Mesxi” adına stadionda "Çixura" - "Neftçi" oyunu keçiriləcək. Simsar.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunu izləmək üçün AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün Tbilisi şəhərinə gedib.

Xatırladaq ki, AFFA və PFL rəsmiləri ötən gün Avstriyada keçirilmiş “Zalsburq” – “Qarabağ” matçını da canlı izləmişdi.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!