1 Aprel, 2011
Ehsan Zahidovla uğursuz zarafat

Qəzetin 1 aprel informasiyası DİN yetkilisinin təbəssümünüə səbəb olmadı 

«Azadlıq» qəzeti 1 aprel gülüş günündə Daxili İşlər Nazirliyi mətbuat xitdmətinin rəis müavini Ehsan Zahidov barəsində zarafata hesablanan informasiya dərc edib. 

Qəzet yazır ki, E.Zahidov nazirliyin başqa bir yetkilisi Mehman Mehmanovla konfliktdə olması üzündən vəzifəsindən gedib.

E.Zahidov Simsar.az-a açıqlamasında bu xəbəri qəzetin uğrsuz 1 aprel zarafatı kimi dəyərləndirib:
«Mehman Mehmanov Daxili İşlər Nazirliyi şəxsi heytlə iş üzrə idarəsinin rəisidir. Yəqin «Azadlıq» mənim Mehman müəllimlə münasibətlərimdən məlumatlı olduğu üçün belə bir zarafatı edib. Mehman müəllim mətbuat xidməti sahəsində mənim müəllimimdir. İndinin özündə də mən ondan məsləhətlər alıram».

Ruslan

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!