6 Avqust, 2014
Aygün Kazımovadan "Qarabağ" futbol klubuna dəstək - ÖZƏL

Simsar.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, Pop - Diva Aygün Kazımova bu gün Bakı vaxtı ilə saat 23.30-da Avstriyada "Zalsburq" futbol klubu ilə cavab oyununa çıxacaq "Qarabağ" komandamızın üzvlərinə dəstək olub.

İstanbuldan əməkdaşımıza eksklüziv açıqlama vərən rəqibsiz ulduz, oyunçularımızın qələbə qazanacağını bu sözlərlə izah etdi :

"Bu gün futbolçularımız çox məsuliyyətli missiyanı həyata keçirmək üçün yaşıl meydançaya çıxacaqlar.

Bir azərbaycanlı, idmançı kimi onların necə həyacanlı olduğunu çox gözəl başa düşürəm.

Bu adi oyun olmayacaq. Onlar iki tərəfli missiyanı öz üzərilərinə götürüb  Azərbaycan və Qarabağ adını yüksək tutmaq üçün rəqib komanda ilə üz-üzə gələcəklər.

Klubun adının "Qarabağ" olması futbolçuları daha əzmli oyun göstərməyə sövq edəcək.

Bu axşam ürəklərimiz onlarla bir döyünür.

Dünyaya səs-salmağı bacaran "Qarabağ" oyunçularına uğurlar arzulayıram. Çox istəyirəm ki, qələbə bizimlə olsun".

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!