6 Avqust, 2014
Tahir Gözəl "Qarabağ"ı tək buraxmadı

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Avstriyaya yollanıb.

Simsar.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. T.Gözəlov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün baş tutacaq "Zalsburq" - "Qarabağ" matçını qarşılaşmanın keçiriləcəyi "Red Bull Arena"dan izləyəcək.

Qeyd edək ki, sözügedən oyun bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!