6 Avqust, 2014
“Xəzər Lənkəran” Ələkbər Məmmədovu yad etdi

Azərbaycan futbolunun əfsanələrindən biri, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Ələkbər Məmmədov vəfatının üçüncü günündə dəfn olunduğu Fəxri Xiyabanda “Xəzər Lənkəran” tərəfindən yad olunub. Simsar.az saytının məlumatına görə, klub rəhbərliyi və komanda üzvləri məşhur futbolçunun qəbri üzərinə əklil qoymuş, mərhumun ruhuna dualar oxunmuşdur.

Komandada çıxış edən əcnəbi futbolçulara Ələkbər Məmmədovun futbolçu karyerası haqqında geniş məlumat verilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!