6 Avqust, 2014
Əvvəl qırmanclandı, sonra asıldı - FOTOLAR

İranda zorlama cinayətindən edama məhkum edilən bir nəfər, cinayəti törətdiyi şəhərin mərkəzi meydanında əvvəl qırmanclandı, sonra isə asıldı.

İranın Kərəc şəhərində, yaşları 10 ilə 12 arasında olan 3 oğlan uşağını qaçıraraq zorlayan şəxs, bu səhər edam edilib. 27 yaşlı məhkum minlərlə insanın gözü önündə, 100 dəfə qırmanclandıqdan sonra asılıb.

İranda bundan başqa bu gün, 4 nəfər də müxtəlif cinayətlərdən xalqa açıq yerlərdə edam edilib.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!