6 Avqust, 2014
“Liverpul”dan PSJ-yə 18 milyonluq təklif

İngilis klubu Lavetsini transfer etmək niyyətindədir

Simsar.az xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb. Xəbərdə PSJ-nin argentinalı ulduzu Ezekiel Lavetsinin “Mersisaydlılar”ın hədəfində olduğu bildirilib. Transferin həyata keçməsi üçün 18 milyon funt-sterlinqindən keçməyə hazır olan “Liverpul”un Fransa klubuna rəsmi təklif göndərdiyi də deyilir.

Qeyd edək ki, 29 yaşlı forvard 2012-ci ildən PSJ-nin şərəfini qoruyur. O, meydana çıxdığı 60 oyunda 12 dəfə fərqlənməyi bacarıb.

 

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!