6 Avqust, 2014
Qəbul imtahanlarının nəticələri bilindi - TQDK

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçiminin nəticələri açıqlanıb.

Simsar.az xəbər verir ki, bu barədəTələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet səhifəsində məlumat verilib.

İmtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Simsar.az-a verilən məlumata görə, 33 623 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.

Tələbə adı qazananlardan 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.

TQDK-dan bildirilib ki, tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Abituriyentlər imtahanın nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!