6 Avqust, 2014
Dünyanın məşhur referisi futbola VİDA etdi

İngiltərənin dünyaca məşhur FİFA referisi Hovard Uebb karyerasını başa vurub

Simsar.az xəbər verir ki, bu barədə qol.az Britaniya mətbuatına istinadən xəbər yayıb. Məlumata görə, 43 yaşlı hakim bundan sonra heç bir rəsmi oyunda ədaləti təmsil etməyəcək.

Bununla da, Uebb "DÇ-2014"dən sonra karyerasını bitirəcəyi ilə bağlı verdiyi vədə əməl edib.

Qeyd edək ki, karyerası ərzində 534 oyun idarə edən ingilis referi 68 dəfə qırmızı vərəqəyə əl atıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!