6 Avqust, 2014
“Azərbaycan regionun şəksiz və qeyd-şərtsiz lideridir” – ARYE GUT

“Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz və qeyd-şərtsiz lideridir”.

Bunu Simsar.az-a İsrail-Azərbaycan Beynəlxalq Təşkilatının idarə heyətinin üzvü, siyasi ekpert Arye Gut deyib.

O bildirib ki, iqtisadi inkişafın sürəti baxımından Azərbaycan dünyada lider dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxu Azərbaycanın payına düşür: “On il ərzində ölkəyə 100 milyard dollardan artıq sərmayə qoyulub. Azərbaycan sübut edib ki, o, regionun lider dövləti kimi tam bərqərar olub, onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihə həyata keçirilə bilməz”.

Arye Gutun sözlərinə görə, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən praktiki olaraq kənarda qalıb. Arye Qut deyib: “Mübahisəsiz faktdır ki, Ermənistan Cənubi Qafqazın ən asılı vəziyyətdə olan ölkəsidir. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu və bu məsələlərdə marağı olan ölkələrin sponsor yardımıdır. Ölkədə inkişaf üçün heç bir impuls yoxdur. Ermənistan əhalisinin sayı sürətlə azalmaqda davam edir. Çox ağır sosial-iqtisadi şərait üzündən sakinlər ölkəni tərk edir, Türkiyə və Rusiyada sığınacaq və iş axtarırlar”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!