6 Avqust, 2014
Baxçalı Abdullah Gülün təklifini qəbul etmədi

MHP sədri Dövlət Baxçalı, Türkiyə prezidenti Abdullah Gülün vida ziyarəti çərçivəsində görüşmək təklifini qəbul etməyib.

Baxçalının İstanbul kənarı səfərə çıxacağı səbəbindən görüşdən imtina elədiyi bildrilib. Belə ki, Dövlət Baxçalının proqramında prezident seçimi çərçivəsində şəhərkənarı səfərlərinin olduğu deyilir.

MHP-dən seçimdən sonra başqa bir vaxt təklif edilməsi halında görüşün baş tuta biləcəyi bildirilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!