6 Avqust, 2014
Ali Baş Komandan düşmən mövqelərini izlədi - VİDEO

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev az öncə Ağdamın Quzanlı qəsəbəsində görüş keçirib.

Simsar.az xəbər verir ki, Milli Ordunun əsgər və zabit heyəti önündə çıxış edən Prezident cəbhədə baş verən gərginlikdən danışıb və Ordumuzun Qarabağı düşmən işğalından azad etməyə qadir olduğunu, son əməliyyatların bunu bir daha təsdiqlədiyini bildirib.

Ali Baş Komandanın şiddətli atışmaların getdiyi indiki şəraitdə cəbhə bölgəsində olması Milli Ordunun şəxsi heyəti və sakinlər arasında böyük ruh yüksəkliyi yaradıb.

Hazırda Prezidentin Quzanlı görüşündən sonra cəbhə bölgəsindəki digər ərazilərə keçdiyi qeyd olunur.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!