1 Aprel, 2011
"Ermənistandakı Atom Elektrik Stansiyası bağlansın"

Azay Quliyev Türkiyədə belə deyib

Azərbaycan Milli Məclisinin bir qrup deputatı İqdırda səfərdə olub. Simsar.az -ın məlumatına görə, səfərdə məqsəd 31 mart Azərbaycanlıların Soyqırımına həsr olunan tədbirlərdə iştirak olub. 

Deputatlar Qənirə Paşayeva, Azay Quliyev və Fəttah Heydərov İqdır şəhərinin valisi, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlarla görüşərək, soyqırımın mahiyyəti haqqında məlumat veriblər. Onlar soyqırım muzeyində olublar, bundan başqa İqdırda Heydər Əliyevin və Atatürkün büstlərini ziyarət ediblər.

Soyqırıma həsr olunan tədbirlərdə çıxış edən deputat Azay Quliyev Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bölgə üçün böyük təhlükə olduğunu, buna görə də onun bağlanmasının zəruriliyini vurğulayıb. A. Quliyev xüsusi ilə Yaponiyadakı baş verən məlum hadisədən sonra belə bir qəzalı vəziyyətdə olan Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasında dünya ictimaiyyətinin maraqlı olmasının vacibliyini önə çəkib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!