5 Avqust, 2014
Həbsxanada 20 telefon aşkar edildi - FOTO

Qobustan həbsxanasında axtarış-baxış tədbirləri həyata keçirilib.

Simsar.az-ın məlumatına görə, bu haqda Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verib.

Xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasında 20 ədəd qanunsuz mobil telefon aparatı, onlara məxsus aksessuarlar, kəsici-deşici və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!