5 Avqust, 2014
Faiq Ağayevdən "Marş-Çağırış" - VİDEO

Simsar. Az xəbər verir ki, xalq artisti, Cənab Qızıl Şlyager Faiq Ağayev cəbhə bölgəsində yaranmış gərginliklə bağlı münasibətini vətənpərvər çağırışlı mahnı ilə bildirdi.

Faiq Ağayev: "Son olaylara münasibətimdir bu, Dostlar. Allah Azərbaycan Əsgərini qorusun!!!"

"MARŞ-ÇAĞIRIŞ". mus: N.Mirməmmədli söz: A.Qurbani

Səsimə səs versin Vətən elləri, Kükrəyib, bəndləri yıxmaq vaxtıdır!

Yurduma uzanan qara əlləri Dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır!

Bayrağa döndərib qanlı köynəyi, Şuşa Qalasına taxmaq vaxtıdır!

Haydı, Misri-qılınc, haydı Koroğlu, Haydı, bu Torpağın igid, nər oğlu!

Yenilməz Vətənin hünərvər oğlu, Hazır ol, səfərə çıxmaq vaxtıdır!

Simsar.Az sözügedən mahnını oxuculara təqdim edir.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!