5 Avqust, 2014
Rusiya cavab sanksiyası hazırlayır

Rusiya prezidenti Vladimir Putin Rusiya hökumətinə cavab sanksiyaları hazırlamağı tapşırıb

Simsar.az-ın məlumatına görə, Putin avqustun 5-də bildirib ki, hökumət Qərb sanskiyalarına cavab tədbirləri hazırlamalıdır.

Putin deyib ki, cavab sanksiyaları “səliqəli” olmalıdır.

Rusiya prezidenti izah edib ki, sanksiyalar Rusiya daxilindəki alıcılara ziyan vurmamalıdır, daxili istehalçılara isə dəstək olmalıdır.

Putin onu da bildirib ki, iqtisadiyyata siyasi təzyiq vasitələri qəbul edilməzdir, onlar bütün normalara və qaydalara ziddir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!