5 Avqust, 2014
Xəzəryanı ölkələrin nəqliyyat nazirləri görüşəcək

Rusiyada Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Görüş avqustun 7-8-də Həştərxan şəhərində Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın nəqliyyat orqanlarının rəhbərlərinin iştirakı ilə baş tutacaq.

İclasda müzakirə olunacaq əsas mövzulardan biri beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizində iri nəqliyyat-logistika layihələrinin reallaşdırılması üçün Xəzər regionun nəqliyyat potensialının inkişafıdır.

Nazirlər Xəzəryanı ölkələr arasında birbaşa aviadaşımaların təşkil olunmasını müzakirə edəcəklər. Həmçinin, təklif olunan nəqliyyat xidmətləri ilə bağlı prosedurların sadələşdirilməsi, Xəzər dənizi üzərindən su nəqliyyatının hüquqi aspektlərinin işlənməsi, təhlükəsiz dənizçilik və dənizin çirklənməsinə qarşı mübarizə məsələləri də müzakirə olunan mövzular arasındadır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!