5 Avqust, 2014
Erməni nazir rus səfirlə cəbhədəki vəziyyəti müzakirə etdi

Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin bu ölkənin müdafiə naziri Seyran Ohanyanla görüşüb. Simsar.az-ın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, görüşün nəticələrinə dair yayılan açıqlamada bildirilir ki, nazir və Rusiya səfiri təmas xəttində gərginliyin artmasından narahatlıqlarını ifadə edərək vəziyyətin sabitləşməsi imkanlarını müzakirə ediblər. Tərəflər münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli yollarının axtarışının davam etdirilməsinin vacibliyini vurğulayıblar. Rusiya səfiri ölən hərbçilərin ailələrinə başsağlığı verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!