5 Avqust, 2014
Zəlzələdə tələfat yoxdur - FHN

Fövqəladə Hallar Nazirliyi Zaqatalada baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, bu gün saat 12:49-da Zaqatala rayonundan 22 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Episentrdə zəlzələ 3,0 bal olub. Zəlzələ Zaqatala rayonunda və zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3,0 bala yaxın hiss olunub.

İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!