5 Avqust, 2014
Nazarbayev senator seçkilərinin tarixini açıqladı

Qazaxıstan Respublikasının prezidenti Nazarbayov Qazaxıstan  Parlamentində senator seçimlərinin oktaybrın 1-ə keçirilməsi haqqında sərəncam imzalayaraq seçkilərin dəqiqi tarixini bildirmiş oldu.

Simsar.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 47 üzvü olan Senatorluğun 15 üzvü prezident tərəfindən təyin olunarkən, qalan 32 nəfər üzv 16 bölgənin səsverməsi ilə seçiləcək.

Senatorlar altı il müddətinə seçilirlər. Lakin ölkədəki sistemə görə senatorların yarısı altı illik müddəti başa vurarkən, qalanı üç illik müddətə seçilirlər.

Yəni oktyabrın 1-də keçiriləcək seçkilər zamanı seçilcək senatorlar 2008- ci ildə seçilən senatorların əvəzinə seçiləcəklər.

Xatırladaq ki, Qazaxıstanda sonuncu senator seçkiləri 2011- ci ildə keçirilmişdi

 

Günel

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!