4 Avqust, 2014
Erməni hərbçisi öldü

Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələrində müqaviləli xidmətdə olan hərbi qulluqçusu ölüb.

Simsar.az-ın məlumatına görə, bu xəbəri Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib.

40 yaşlı Aram Qriqoryan Ermənistanın Araqatsot vilayətinin Partizak kənd sakinidir.

Ölən hərbçi evli olub, onun üç həddi-buluğa çatmamış uşağı var.

Hərbçinin hansı səbəbdən öldüyü bildirilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!