4 Avqust, 2014
"Putin Rusiya üçün ziyanlıdır"

"Vladimir Putin uzun müddəti götürəndə Rusiya üçün ziyanlıdır".

Simsar.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Economist jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hərçənd qısa müddəti götürəndə Rusiya daxilində populyar ola bilər.

Ağ Evin sahibi hesab edir ki, Rusiya əhəmiyyətli heç nə etməyib: imkan axtaran miqrantlar Rusiyaya axışmır, Rusiyada kişilərin ömrü 60 ildir, ölkə əhalisi azalır. Üstəlik Rusiya regionu sınağa çəkir və buna cavab vermək lazım gəlir.

ABŞ prezidenti ümid edir ki, Rusiya heç olmasa, nüvə silahlarını qəflətən xarici siyasət mövzusuna çevirməyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!