4 Avqust, 2014
Nazir yeni şöbə müdiri təyin etdi

Nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumatda bildirilir ki, İsmayıl Hüseynov 2006-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsində məsul vəzifədə çalışıb, 2010-2014-cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifəsini icra edib. İ. Hüseynovun Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindəki vəzifəsinə hələlik təyinat olmayıb.

Bildirək ki, nazirliyin İncəsənət şöbəsinin sabiq müdiri Fərəh Əliyeva prezidentin may ayında imzaladığı müvafiq sərəncamı ilə Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!