4 Avqust, 2014
Nazirlər Kabinetindən gömrüklə bağlı YENİ QƏRAR

Baş nazir Artur Rasizadə “Gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair aktın forması və tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 165 nömrəli qərarının ləğv edilməsi haqqında qərar verib.

Simsar.Az lent.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə verilib. Qərarda qeyd edilir:

“Gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair aktın forması və tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 165 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, №8, maddə 814) ləğv edilsin”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!