31 Mart, 2011
Sərkisyan bütün hədləri aşdı

 Ermənistan prezidenti İrəvan-Xankəndi reysinin ilk sərnişini olacağını bəyan etdi

APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, Azərbaycan tərəfinin Xankəndinə enəcək təyyarələri vuracağı barədə bəyanatlarını şərh edən Sərkisyan bildirib ki, “Qarabağ xalqının hava nəqliyyatından istifadə etmək hüququ var”. Onun sözlərinə görə, Ermənistan aviasiya əlaqəsini beynəlxalq təşkilatlarla razılaşdırmağa çalışacaq. 

Xatırladaq ki, Azərbaycanın işğal altında olan ərazilərində inşa olunan aeroportun açılışı mayın 9-na planlaşdırılır. Rəsmi Bakı bəyan edib ki, Azərbaycan qanunvericiliyinə əsasən ölkənin işğal altında olan əraziləri üzərində hava sahəsi uçuşlar üçün qapalı zona sayılır. Azərbaycan bununla bağlı öz mövqeyini artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına çatdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!