3 Avqust, 2014
Ermənilər mövqelərimizi yenə atəşə tutublar

Bu gün saat 23:30-dan başlayaraq, Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan Yusifcanlı kəndindən Azərbaycan ordusunun üzbəüz mövqelərini intensiv olaraq avtomat və pulemyotlardan atəşə tutublar.

Simsar.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, eyni zamanda Ağdamın Ergidüzü adlanan ərazisində və rayonun işğal altında olan Başqərvənd kəndi istiqamətində də ermənilər Azərbaycan hərbiçilərinin mövqelərini iri çaplı pulemyotlardan atəşə tutublar.

Bütün hallarda Azərbaycan ordusu tərəfindən düşmənə tutarlı cavab verilib.

APA-nın cəbhə bölgəsində və təmas xəttində olan əməkdaşlarının verdiyi xəbərə görə, Xocavənd, Tovuz və Qazax istiqamətində vəziyyət sabitdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!