2 Avqust, 2014
Elşad Xose Azərbaycan xalqını təhqir etdi - VİDEO

Simsar.Az xəbər verir ki, cəbhə bölgəsində şəhid olmuş əsgərlərimizin ruhuna biganəlik nümayiş etdirən reper Elşad Xose sakitləşmək bilmir. Bütün tərbiyyə sərhədini keçən Xosenin az əvvəl İnstagramda yeni videosu yayılıb.

O, tərbiyəsizliyini açıq şəkildə göstərərək səhifəsində haqlı olaraq onu qınayan istifadəçiləri olmazın söyüşlərlə təhqir edib.

İşğal altında olan torpaqlarımıza yaxın ərazilərdə atışmanın davam etdiyi bir vaxtda Elşadın çirkin niyyəti başadüşülən deyil... Etika xatirinə həmin videonu oxucularımıza tam olduğu kimi təqdim edə bilmirik.

 

Şahin Cavadsoy

Simsar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!