2 Avqust, 2014
Leyla Yunusun qızı: "Adımdan yalan məlumat yayılıb"

Dinara Yunus haqqında deyilənlərə cavab verdi

Sülh və Demokratiya İnstitutunun direktoru, hazırda həbsdə olan Leyla Yunusun və Arif Yunusun qızı Dinara Yunus barədə hakimiyyətə yaxın mənbələrdə və sosial şəbəkədə yalan məlumat yayılıb. Belə ki, Dinara Yunusun sosial şəbəkə vasitəsilə hakimiyyətin ünvanına sərt ifadələr səsləndirildiyi deyilir. Güya  D.Yunus "Anamı həbs elədiz, atamı xəstəliyə düçar elədiz, indi isə cəbhədə əsgərləriniz ölsün, əclaflar. Nifrət edirəm hamınıza. Daha böyük bəlalar sizi gözləyir" kimi ifadələr işlədib. Lakin D.Yunusun ailəsi və yaxınları bu məlumatı təkzib edir. Yaxınlarının sözlərinə görə, hazırda Amsterdamda təhsil alan yüksək tərbiyə və mədəniyyət sahibi Dinara Yunus belə ifadələr işlədə bilməzdi. Onun adından saxta profilllər yaradılıb və bu tip məlumatlar yayılıb. Belə məlumatlar yayılması  Leyla Yunusun ailəsinə qarşı təxribat məqsədi daşıyır.

Simsar.az Azadlıq qəzetinə istinadən xəbər veri ki, Dinara Yunus öz Facebook səhifəsində onun adından yazılanlara münasibət bildirib. O bildirib ki, digər sosial şəbəkələrdə, o cümlədən "v Kontakte" onun profili yoxdur və o yalnız Facebook-dan istifdə edir: "Əgər kimsə mənim adımdan hər hansı informasiya yayırsa, bu əsl təxribat və dezinformasiyadır. Mən və valideynlərim həmişə Azərbaycanı sevmişik və onun ərazi bütövlüyünə dəyər vermişik. Eyni zamanda bildirim ki, heç vaxt heç kimə müsahibə verməmişəm. Lazim bildiyim hər şeyi burda yazıram"

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!